“AQRARKREDİT” QAPALI SƏHMDAR CƏMİYYƏTİ

BANK OLMAYAN KREDİT TƏŞKİLATI İDARƏ HEYƏTİNİN  

29 noyabr 2016-cı il tarixli  72 nömrəli Qərarından  

 

 

ÇIXARIŞ

                                                                      

 

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının təşkilati  strukturuna  dəyişiklik  edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyun 2016-cı il tarixli, 252 saylı Qərarının icrasını təmin etmək məqsədilə Müsabiqə Komissiyasının müzakirəsinə veriləcək əmlakların satışı və ya kənar idarəcilərin idarəetməsinə verilməsi ilə əlaqədar zəruri sənədlərin hazırlanması, təqdim edilməsi və katiblik funksiyalarının həyata kecirilməsi məqsədilə İdarə Heyəti  

 

       QƏRARA  ALIR:

 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyun 2016-cı il tarixli, 252 saylı Qərarı ilə yaradılmış Müsabiqə Komissiyasının müzakirəsinə veriləcək  məsələlərlə  bağlı zəruri sənədlərin hazırlanması, təqdim edilməsi və katiblik funksiyalarının həyata kecirilməsi ücün  “Aqrarkredit” QSC-nin  İdarə Heyətinin 28 yanvar 2016-cı il tarixli 07 saylı Qərarı ilə təsdiq edilmiş təşkilati struktura dəyişiklik edilərək, “Aqrarkredit” QSC-nin “Müsabiqə Komissiyasının işinin təşkili  şöbəsi”  yaradılsın.

 2. “Müsabiqə Komissiyasının işinin təşkili şöbəsi   haqqında”  Əsasnamə   təsdiq  edilsin.

 3. Bu qərar 01 dekabr 2016-cı il tarixdən qüvvəyə minir.

 

 

İdarə Heyətinin Sədri                                                         M.Q.Musayev

 

 

28.11.2016 Ətraflı Gizlət